• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • İmişli, Azərbaycan

    Heydər Əliyev Prospekti 146.

Təlim xidmətləri

Müasir biznes və idarəetmə mühitində təlimlərin və müxtəlif maarifləndirmə proqramlarının rolu danılmazdır. Artan rəqabət ilə birlikdə həm sahibkarlıq seqmentində, həm  də iqtisadiyyatın digər sahələrində təlim xidmətlərinin əhəmiyyəti günü-gündən artmaqdadır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindən biri də KOB İnkişaf Mərkəzləri vasitəsi ilə ölkənin müxtəlif bölgələrində sahibkarların maarifləndirilməsi istiqamətində müxtəlif mövzularda təlim proqramları həyata keçirməkdir. Təlim proqramları sahibkarların və ya sahibkar olmaq istəyən şəxslərin fəaliyyətinin innovativ  stimullaşdırılmasına xidmət edir. Beyləqan-İmişli KOB İnkişaf Mərkəzi Beyləqan-İmişli  iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar, o cümlədən, sahibkar olmaq arzusunda olan şəxslərin maarifləndirilməsi istiqamətində aşağıdakı təlim xidmətlərini həyata keçirir:

Təlimlər fərdi və korporativ formada sifariş edilə bilər.

Təlim xidmətini sifariş etmək üçün SİFARİŞ FORMASINI  doldurun və imishlii@kobim.az ünvanına göndərin.