• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • İmişli, Azərbaycan

    Heydər Əliyev Prospekti 146.

Beyləqan-İmişli KOBİM tərəfindən "Kənd Təsərüffatı Sahəsinə Dövlət Dəstəkləri" mövzulusunda təlim keçirilib

Beyləqan-İmişli  KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən Beyləqan rayonunda fəaliyyət göstərən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün "Kənd təsərüffatı maliyyəsi və dövlət dəstəkləri" mövzusunda maarifləndirici təlim keçirilib.

Noyabrın 26-da keçirilən təlimdə Beyləqan-İmişli KOBİM-nin eksperti tərəfindən kənd təsərüffatına dövlət tərəfindən göstərilən dəstəklər və  güzəştli kreditlər barədə ətraflı məlumat verilib. Eyni zamanda dəstək göstərilməsi ilə bağlı dövlət orqanlarına onlayn müraciət qaydaları da  izah olunub və praktiki olaraq göstərilib. 11 sahibkarın iştirak etdiyi təlimdə mövzu ətrafında müzakirələr aparılb və suallar cavablandırılıb.

Qeyd edək ki, Beyləqan-İmişli KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.