• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • İmişli, Azərbaycan

    Heydər Əliyev Prospekti 146.

İmişli Kobim

Haqqımızda

Mikro, kiçik və orta biznesin (KOB) inkişafı, onun ölkə iqtisadiyyatında və məşğulluqda rolunun artırılması hər bir ölkədə olduğu kimi, Azərbaycanda  iqtisadi siyasətin əsas komponentlərindən biridir. 
Ölkəmizdə KOB-ların inkişafına daimi dövlət dəstəyi 2017-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.
KOBİA-nın əsas məqsədi KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.
Məhz yuxarıda sadalanan məqsədlərə çatmaq üçün KOBİA özəl sektor ilə əməkdaşlıqda KOB İnkişaf Mərkəziləri yaratmağa başlamışdır. KOB Inkişaf Mərkəzləri  KOB-lara təlim, məsləhət və şəbəkələşmə sahəsində xidmətlər göstərirlər.
Belə Mərkəzlərdən biri Cəlilabad şəhəri üzrə 2020-ci ilin sentyabr ayının 25-də açılışı olmuşdur. Cəlilabad KOB İnkişaf Mərkəzi Cəlilabad şəhərində fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara öz bizlərini inkişaf etdirmək üçün  təlim, məsləhət və şəbəkələşmə xidmətləri təqdim edir və onları əməkdaşlığa dəvət edir.

Məqsədimiz

Beyləqan-İmişli KOB İnkişaf Mərkəzinin məqsədi İmişli-Beyləqan bölgəsində fəaliyyət göstərən KOB-lara və biznesə başlamaq istəyən şəxslərə ideyalarını həyata keçirmək, mövcud bizneslərini inkişaf etdirmək, həm daxili, həm də xarici bazarlara çıxışı təmin etmək istiqamətində təlim, məsləhət və şəbəkələşmə xidmətləri göstərərək biznes subyektlərinin korperativləşməsinə, biznesin müasir metodlarla idarəedilməsinə, yeni biznes subyektlərinin yaradılmasına xidmərt etməkdir. 

Missiyamız

Mikro, kiçik və orta biznes sahəsində fəaliyyət göstərən, həmçinin biznesə yeni başlamaq istəyən şəxsləri təlim, məsləhət və dəstək xidmətləri ilə təmin etmək, dəstəkləmək, müasir metodlarla menecment təfəkkürünü formalaqşdırmaq və KOB subyektlərinin davamlı inkişafına nail olmaqdır.

Fəaliyyətimiz

Fəaliyyət İstiqamətləri

İmişli KOB İnkişaf Mərkəzi İmişli, Beyləqan, Ağcəbədi, Füzuli rayonlarında fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara aşağıdakı istiqamətlərdə təlim, məsləhətşəbəkələşmə və digər xidmətləri təqdim  edir:

  • İdarəetmə və yumşaq vərdişlər
  • Biznes planlaşma 
  • Marketinq və satış 
  • Maliyyəyə çıxışa dəstək
  • Maliyyə savadlığının artırılması
  • Maliyyə idarəetməsi 
  • İxraca dəstək
  • Dövlətin xidmətləri barədə məlumatlandırma
  • Biznes hüququ
  • Biznes strukturları arasında şəbəkələşmə (ictimai birliklərin və klastrların yaradılması)
  • Digər biznesə dəstək xidmətləri

Bütün KOB İnkişaf Mərkəzlərində olduğu kimi, Beyləqan-İmişli KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən xidmətlər KOB-lar üçün ödənişsizdir və xidmət haqları KOBİA tərəfindən ödənilir.

MÜRACİӘT FORMASI

Gәlin birlikdә inkişaf edәk